"Yeni Klinika": Arif Quliyevin vəziyyəti ağır stabildir
"Arif Quliyev süni tənəffüs aparatındadır, intensiv müalicəsi davam edir".
Bunu APA-ya açıqlamasında "Yeni Klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.
O, aktyorun vəziyyətinin ağır stabil olduğunu bildirib.
Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti bir neçə gün əvvəl "Yeni Klinika"ya yerləşdirilib.