• 7 Dekabr 2024
logo
2025-ci ilə qədər Bakıda ictimai nəqliyyatın sayının artırılması nəzərdə tutulub

2025-ci ilə qədər Bakıda ictimai nəqliyyatın sayının artırılması nəzərdə tutulub

Bakının Baş Planı təsdiq olunmaq ərəfəsindədir.

Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Bakının Baş Planında digər ictimai nəqliyyat infrastrukturu da yer tutub: "Velosiped yolları da bura daxildir, bu, yüngül tramvaylar da ola bilər, digər istiqamətlər də. Bu istiqamətdə araşdırmalar tam yekunlaşmadığına görə, hazırda tam ətraflı cavab verə bilmirəm. Amma Bakının Baş Planında bu məsələ öz əksini tapıb".