• 22 İyul 2019
logo
add image
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayı artıb - Nazir müavini

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayı artıb - Nazir müavini

Təhsil sisteminin təkmilləşdirilməsi üçün müasir innovativ texnologiyalardan istifadə etmək lazımdır, buna texnoparkların sayının artırılması da kömək göstərəcək.
Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov “Təhsil biznes forumu - cari vəziyyət və perspektivklər” forumunda deyib.
Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda təhsil müəssisələrinin, xüsusilə də məktəbəqədər müəssisələrin sayı artıb. Əgər 5 il əvvəl məktəbəqədər təhsil müəssisələrinin sayı 40-a yaxın idisə, indi onların sayı 144-ə çatıb.
F.Qurbanov vurğulayıb ki, 11 kommersiya ali tədris müəssisəsində 18 minədək tələbə, 4 orta ixtisas peşə məktəbində isə 4 minədək tələbə təhsil alır.
Nazir müavini onu da əlavə edib ki, startapların inkişafı üçün tədris müəssisələrinin nəzdində texnoparklar yaradılmalıdır.