• 3 Dekabr 2021
logo
Füzuli rayonunda təbiət abidəsi statusuna malik 11 Şərq çinarı məhv edilib

Füzuli rayonunda təbiət abidəsi statusuna malik 11 Şərq çinarı məhv edilib

“İşğala qədərki dövrdə Füzuli rayonunda təbiət abidəsi statusuna malik 11 Şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib".

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.

O bildirib ki, həmin təbiət abidələri sırasında hətta 1400 ilə qədər yaşı olan ağaclar olub: "Bu cür hal Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam rayonlarının ərazisində də baş verib və bütün təbiət abidələri kəsilərək məhv olub. Bu rayonlar ərazisində 138 ədəd təbiət abidəsi olub ki, onlardan 127-si düşmən tərəfindən məhv edilib. Onların 117-si Şərq çinarıdır".

Nazirlik rəsmisi qeyd edib ki, bu təbiət əraziləri Azərbaycan SSR-i Nazirlər Sovetinin 1982-ci il tarixli qərarı ilə xüsusi qorunma statusu qazanılıb və qorunan abidələr siyahısına daxil edilib: "Düşmən bu abidələri məhv etməklə bizim mənəvi irsimizə də terror həyata keçirib".