• 8 Dekabr 2024
logo
Nazir: "Əlilliyin böyük hissəsi iş yerlərində baş verən hadisələrin nəticəsində meydana çıxır"

Nazir: "Əlilliyin böyük hissəsi iş yerlərində baş verən hadisələrin nəticəsində meydana çıxır"

“Əlilliyin ən yaxşı meyarlarla təyin eidlməsi, onun ödənişlərinin buna uyğunlaşdırılması, qiymətləndirilməsinin təşkil edilməsi istiqamətində ciddi iş aparırıq”.

Bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əlilliyin böyük hissəsi məhz iş yerlərində baş verən hadisələrin nəticəsində meydana çıxır: “Bizim qarşılıqlı əməkdaşlığımızla artıq bu meyarlar tam hazılanıb və hökumət qurumları ilə müzakirə edilib. Parlamentə təqdim olunma ərəfəsindədir. Biz inanırıq ki, sənəd parlamentin bu sessiyasında qəbul olunacaq və 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bu dövr ərzində yenə Ümumdünya Səhiyyə Təşkilatı ilə aktiv şəkildə işləyərək, həm Səhiyyə Nazirliyinin, həm TƏBİB-in digər əlaqədar şəxslərin təlimləndirilməsi təmin olunacaq. Çünki yeni meyarlar yeni yanaşma tələb edir. Bu meyarlar faktiki olaraq dünyada mövcud olan hər xəstəlik üzrə kriteriyaların, fazilərin, hər xəstəliyin insanın əmək qabiliyətinə, özünəqulluq qabiliyyətinə təsir faizlərini müəyyən edir”.

S. Babayevin sözlərinə görə, bu, geniş proqramdır: “Minlərlə həkimin təlimdən keçməsi təmin olunacaq. Onlar əsasında əlilliyin qiymətləndirilməsi aparılacaq. Bu da vətəndaşlarımız üçün daha şəffaf və tam başa düşülən müxanizmə çevriləcək”.