• 6 Dekabr 2024
logo
Sahil Babayev: "Bütün işçilər iş yerlərində bədbəxt hadisələrə görə sığortanlanmalıdır"

Sahil Babayev: "Bütün işçilər iş yerlərində bədbəxt hadisələrə görə sığortanlanmalıdır"

“Qanunvericiliyə müvafiq olaraq bütün işçilər işəgötürənlər tərəfindən iş yerlərində bədbəxt hadisələrə görə sığortanlanmalıdır”.

Bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu bazarı analiz etdikdə çox qəribə bir mənzərə ilə rastlaşılır: “2019-cu ildə əməkhaqqı fondu təqribən 11 milyard manat olmağına baxmayaraq, sığorta haqqı olaraq cəmi 35 milyon manat vəsait toplanıb. Bu isə o deməkdir ki, əməkhaqqı fondunun orta hesabla 1 faizi bu istiqamətə yönəlib. Başqa sözlə, əmək bazarında çalışanların yalnız üçdə biri sığortalanıb. Bu, özü ilə birlikdə bir çox problemlər gətirir, hər hansı bədbəxt hadisə baş verdikdə onun sığorta təminatı olmurdu”.

Nazir qeyd edib ki, sığorta şirkətləri ilə birgə memorandum imzalanıb və nəzarət mexanizmi yaradılıb. “Son ildə bu istiqamətdə artım 30 faizin üzərindədir. Yaxın 1-2 il ərzində əməkhaqqı fondunun 80 faizinə qədər bu rəqəmi artıracağıq. Əmək müqaviləsi ilə işləyənlərin əksəriyyətinin bədbəxt hadisələrdən icbari sığortası təmin olunacaq”.