• 3 Dekabr 2021
logo
İşğaldan azad edilən ərazilərdə 2 dövlət təbiət qoruğu, 4 yasaqlıq var

İşğaldan azad edilən ərazilərdə 2 dövlət təbiət qoruğu, 4 yasaqlıq var

Azərbaycanda mühafizə olunan ümumilikdə 10 milli park, 10 təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var.

Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, işğaldan azad edilən ərazilərdə iki dövlət təbiət qoruğu- Qaragöl və Bəsitçay dövlət təbiət qoruğu var: "Bundan başqa ərazidə 4 dövlət təbiət yasaqlığı - Laçın, Daşaltı, Arazboyu və Qubadlı yasaqlığı var. Bunların ümumi sahəsi 43 min hektardır.

Laçın və Qubadlı yasaqlıqları ərazisinə görə ən böyükləridir. Onların hər birinin ərazisi 20 min hektardır. Arazboyu yasaqlığı 2200 hektar, Daşaltı yasaqlığı isə 450 hektardır. Bəsitçay Dövlət Təbiət Qoruğu 107 hektar, Qaragöl isə 240 hektar əraziyə malikdir".