• 2 İyul 2025
logo
Nazir müavini: "Qarabağ bölgəsində 14 çay, 9 su anbarı mövcuddur"

Nazir müavini: "Qarabağ bölgəsində 14 çay, 9 su anbarı mövcuddur"

Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatları açıqlanıb.

Jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, bu ərazilərdə 14 çay, 9 su anbarı mövcuddur: "Araz, Bərgüşad, Tərtər, Həkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisindədir. Bu çaylarının bəzilərinin üzərində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələnçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbarları yerləşir. Bu anbarlardan ən böyüyü Xudafərin (1 milyard 612 milyon kubmetr) su anbarıdır. Çaylardan ən böyüyü isə Araz çayıdır. Onun uzunluğu 1072 kilometrdir".

V. Kərimov qeyd edib ki, bu su anbarlarının və çayların olması Qarabağ bölgəsində suvarma, içməli su və enerji təminatında çox mühüm əhəmiyyət daşıyır.