• 8 Dekabr 2024
logo
ETSN: Xəzər dənizində kilkə ehtiyatı artır

ETSN: Xəzər dənizində kilkə ehtiyatı artır

“Son 20 ildə Xəzərdə bioloji resursların vəziyyətinə bir neçə amil mənfi təsir göstərib. Bunlara dəniz səviyyəsinin qalxıb-düşməsi, iqlim dəyişikliyi və vulkanik püskürmələri göstərmək olar. Amma daha çox təsir göstərən antropogen amillərdir”.

Bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov deyib. O bildirib ki, dənizə bir çox kimyəvi maddələr daxil olur: “Bununla bağlı Xəzər dənizdə bioloji resurslar azalıb. Faunalar artıq bu prosesə uyğunlaşıb. Balıq ehtiyatlarının azalması ekosistemin son 20 ildə tarazlaşmasının pozulmasına təsir edib. Balıq ovu bütün dünyada azalır. Yaxın zamanlarda təbii mühitdə yox, yetişdirilən balıq məhsullarından istifadə olunacaq. Bununla da təbii mühitə təsirimiz azalacaq, balıq populyasiyasının qorunmasına müsbət təsir göstəriləcək”.

O qeyd edib ki, hazırda Xəzər dənizində ekosistemin bərpa prosesi gedir: “Dənizdə kilkə ehtiyatı artır. Yaxın illərdə digər balıq növlərinin artmasını gözləyirik”.