• 29 Noyabr 2021
logo
Ağır yaralanan daha 13 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib

Ağır yaralanan daha 13 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 76 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 9-nun müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.