Bu gün 80-ə yaxın jurnalist vaksinasiya olunub.
Bunu Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, ümumilikdə 300-ə yaxın jurnalist vaksinasiya edilib:
“Vaksinasiya prosesi həftə boyunca davam edəcək. Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır. Artıq 600-ə qədər jurnalist vaksinasiya olunmaq üçün müraciət edib. Vaksinasiya olunmaq istəyən bütün jurnalistlər vaksin olunana qədər bu prosesi davam etdirəcəyik”.