• 8 Dekabr 2021
logo
Ötən ay fərdi uçot sistemində sığortaedənlərin sayı 0,67 faiz artıb

Ötən ay fərdi uçot sistemində sığortaedənlərin sayı 0,67 faiz artıb

2021-ci ilin mart ayında fərdi uçot sistemində sığortaedənlərin sayı 9 574 vahid və ya 0,67 faiz artaraq 1,65 milyon vahid təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, sığortaedənlər hüquqi şəxslər üzrə 822 vahid, fiziki şəxslər üzrə 7 755 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 997 vahid olub.