• 29 Noyabr 2021
logo
Türkiyə və Gürcüstanın XİN başçıları görüşüb

Türkiyə və Gürcüstanın XİN başçıları görüşüb

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə D.Zalkaliani özünün tvitter hesabında məlumat paylaşıb.

Bildirib ki, görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin yüksəldilməsinin region üçün önəmi barədə müzakirə aparıblar.
D. Zalkaliani qedy edib ki, Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin, NATO-ya inteqrasiyasına verdiyi dəstək çox önəmlidir.

Qeyd edək ki, görüş Türkiyə, Rumıniya və Polşa XİN başçılarının Buxarestdə keçirilən üçtərəfli görüşü çərçivəsində baş tutub. Ukrayna və Gürcüstan XİN başçıları bu gün və sabah keçiriləcək görüşdə iştirak üçün dəvət alıblar.