• 19 Mart 2024
logo
Xızıda Rayon Ağsaqqallar Şurasının iclası keçirilib

Xızıda Rayon Ağsaqqallar Şurasının iclası keçirilib

Ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla Xızı Rayon Ağsaqqallar Şurasının məhdud tərkibdə iclası keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, o cümlədən rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
İclasda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, habelə ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxış edərək, Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Xızıda da ağsaqqallara böyük dəyər verilməsindən, onların da öz növbələrində rayonun ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamalarından bəhs edib. Qeyd olunub ki, gənclərimizin dövlətə, dövlətçiliyə və xalqa sədaqət, o cümlədən milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda, sağlam təməl üzərində yetişdirilməsi işində ağsaqqallara həmişə böyük ehtiyac duyulub.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov çıxış edərək bildirib ki, tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı parlaq Qələbə ağsaqqallarda da böyük ruh yüksəkliyi, tükənməz fəaliyyət əzmi yaradıb. Qeyd edilib ki, gənc nəslin tərbiyəsi istiqamətində Prezident İlham Əliyevin siyasi, iqtisadi, hərbi və mənəvi istiqamətlərdə apardığı məqsədyönlü siyasətin və bu siyasəti hər zaman dəstəkləyən xalqımızın, o cümlədən ağsaqqalların səyi nəticəsində yetişən gənclərimiz öz canlarını qurban verərək torpaqlarımızı azad etdilər. Vətənpərvər gənclərimizin bu qəhrəmanlıq salnaməsi bütün dünya xalqlarının gəncləri üçün bir örnəyə çevrildi. Artıq azad olunmuş həmin torpaqlarımızda aparılan quruculuq işlərindən bəhs edən Tahir Süleymanov əminliyini bildirib ki, tezliklə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fədakar əməyi və tükənməz səyləri nəticəsində Azərbaycanın bu dilbər guşəsi yenidən öz gözəlliyinə qovuşacaqdır. Respublika Ağsaqqallar Şurası da böyük ruh yüksəkliyi ilə həmin bölgələrdə öz fəaliyyətini bərpa edəcək. Tahir Süleymanov onu da vurğulayıb ki, hazırda Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində ciddi fəallıq müşahidə olunur. Şurada təşkilati və digər vacib məsələlər öz həllini tapmaqdadır. Əminik ki, bu fəaliyyət aktivliyi bütün şəhər və rayonlarımızda, o cümlədən Xızıda da özünü göstərəcəkdir.
Sonra iclasda təşkilati məsələlər müzakirə olunub. Xızı Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
Həmçinin Rayon Ağsaqqallar Şurasının sədri, o cümlədən İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər. Xızı Rayon Ağsaqqallar Şurasının sədri seçilmış Arif Qazi oğlu Nağıyev və yeni üzvlər onlara göstərilmiş yüksək etimada görə tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildirərək, bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər.
Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanov və digər natiqlər Xızı Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvləri