• 19 Mart 2024
logo
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 22-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarının nəticələrinin elan ediləcəyi vaxt açıqlanıb.

DİM-dən Trend-ə verilən məlumata görə, aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.