• 26 Aprel 2024
logo
Azərbaycan əhalisi bu il bank kartlarından 5,5 mlrd. manatdan çox vəsait nağdlaşdırıb

Azərbaycan əhalisi bu il bank kartlarından 5,5 mlrd. manatdan çox vəsait nağdlaşdırıb

2021-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisi debet və kredit kartları vasitəsilə 5,569 mlrd. manat nağdlaşdırıblar.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalara görə, bu ölkə daxilində debet və kredit kartları vasitəsilə aparılan ümumi əməliyyatların 73,6%-ni təşkil edir.

Bu ilin I rübündə əhali tərəfindən nağdlaşdırılan vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% artsa da, kartlar vasitəsilə aparılan ümumi əməliyyatların həcmində payı 5,5 faiz bəndi azalıb.

Qeyd edək ki, 2021-ci ilin rübündə Azərbaycanda debet və kredit kartları vasitəsilə 2,001 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib ki, bu da illik müqayisədə 49,4% çoxdur.