• 9 Dekabr 2024
logo
60 mindən çox şəxs Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən sorğuda iştrak edib

60 mindən çox şəxs Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən sorğuda iştrak edib

Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən onlayn sorğuda bu günə kimi 60 min insan iştirak edib.

Bunu Trend-ə açıqlamasında Sorğu Qrupunun üzvü Rəsmiyyə Abdullayeva bildirib. Onun sözlərinə görə, keçirilən onlayn soğrudan əlavə 1135 vətəndaşla üzbəüz görüşlər də baş tutub:

"Qabağa qayıdış layihəsi çərçivəsində bizim 3 növ, 5 istiqamətdə sorğumz keçirilir. Onlayn şəkildə aparılan sorğuda artıq 60 min insan iştirak edib və sayta 398 min baxış sayı olub. Digər soğru üzbəüz keçirilir və artıq yekunlaşıb. Bu sual-cavabda ilk öncə 1100 nəfərin iştirakı nəzərdə tutulsa da, daha sonra bu saya 35 nəfər də əlavə edildi. Sonuncu- üçüncü sorğunun isə sahibkarlar arasında keçirilməsi nəzərdə tutulub. Burada isə 250-300 nəfərin iştirakı gözlənilir".

R.Abdullayeva qeyd edib ki, üzbəüz keçirilən sorğu artıq təhlil edilib və ilkin nəticələr var:

"Bəzi şəxslər deyirdilər ki, onlayn sorğu varsa, 1100 nəfərlə üzbəüz görüş nəyə lazım idi? Qeyd etmək istərdim ki, üzbəüz sorğu daha dərinləşdirilib, 4 blok, 42 sualı əhatə edir. Onlayn sorğuda isə 18 sual var.

Üzbəüz keçirilən sorğunun ilkin nəticələri onu göstərir ki, keçmiş məcburi köçkünlərin Qarabağa qayıtmağa böyük həvəsləri var. Təbii bu proses elə də asan iş deyil. 28 il ərzində öz yürdlarından kənarda şərait quranlar da var, hələ də, yataqxanada qalan da. Ona görə də, bəzi şəxslər dövlətdən dəstək istəyirlər, köç üçün yardıma ehtiyacı olduğunu bildirirlər. Vətəndaşların bir qismi isə , heç bir dətək istəmirlər. Yetər ki, tez bir zamanda o torpaqlara qayıdaq deyirlər".

Xatırladaq ki, qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir. Bu məqsədlə dövlət başçısının sərəncamı ilə yaradılmış "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı" nəzdindəki İdarələrarası Mərkəzin "Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu" yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də ADA Universitetində aparılan "Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması" adlı tədqiqat işidir.

Bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcəkdir. Onların birincisi – internet üzərindən keçirilən onlayn-sorğudur. Bu sorğu dövlət sifarişi əsasında, müstəqil qrup kimi fəaliyyət göstərən və bir neçə elmi-tədqiqat və təhsil müəssisəsinin mütəxəssislərindən ibarət olan alimlər tərəfindən keçirilir. Sorğu iştirakçılarının şəxsi məlumatlarının və verdikləri cavabların konfidensiallığına tam zəmanət verilir. Sorğu fevral ayının 22-dən etibarən açıqdır, yəni artıq sorğu suallarını cavablandırmaq mümkündür. Sorğu anketinin doldurulması cəmi 5-6 dəqiqə vaxt aparır.