• 27 Aprel 2024
logo
Dünyada son sutkada koronavirusa 656 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 656 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 656 406nəfər koronavirusa yoluxub, 10 503 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 141 754 944 yoluxma hadisəsi, 3 025 835 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Cənub-Şərqi Asiyanın (271 611) payına düşür. Digər yerləri isə Avropa (160 421) ilə Şimali və Cənubi Amerika (147 852) bölüşür.