• 7 Dekabr 2024
logo
Clarivate Analytics şirkəti müəllimlərimiz üçün növbəti vebinar keçirib

Clarivate Analytics şirkəti müəllimlərimiz üçün növbəti vebinar keçirib

Bu gün Azzərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi - tədqiqat şöbəsinin təşkilatçılığı ilə professor-müəllim heyəti üçün Publons platformasında “Azərbaycanlı alimlər üçün rəyvermə fəaliyyətinin vacibliyi və metodları” adlı onlayn formatda vebinar keçirib. Vebinarda AzMİU-nun 70-ə yaxın əməkdaşı iştirak edib.

Vebinarın aparıcısı Clarivate Analytics şirkətinin elmi informasiya resursları üzrə eksperti, lingvistika üzrə fəlsəfə doktoru Lera Kurmakaeva mövzunun müasir zamanda aktuallığını xüsusi vurğulayıb.

O, vebinarda Publons platforması haqqında geniş məlumat verib, platformada düzgün axtarış və doğru nəticələrin əldə edilməsi ilə bağlı bilgiləri iştirakçıların nəzərinə çatdırıb. Eyni zamanda rəylərin nümunələri, birgə rəyin yazılması, potensial rəyçi kimi jurnalların redaktorları ilə yaxından əlaqə qurmaq və s. haqqında danışıb.