• 26 Aprel 2024
logo
Azərbaycana yanvar-fevralda 96 mln. manatlıq dərman idxal olunub

Azərbaycana yanvar-fevralda 96 mln. manatlıq dərman idxal olunub

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 56,751 mln. ABŞ dolları (96,477 mln. manat) dəyərində 4 535,96 ton pərakəndə satış üçün formalarda və ya bağlamalarda qablaşdırılan dərman vasitələri idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə dərman idxalı həcm ifadəsində 85,7%, dəyər ifadəsində isə 30,8% artıb.

Bu ilin ilk iki ayında Azərbaycanın əsas dərman təminatçıları Türkiyə, Rusiya və Almaniya olub. Türkiyədən yanvar-fevral aylarında Azərbaycana pərakəndə satış üçün 9,298 mln. dollar dəyərində 307,6 ton dərman vasitəsi tədarük edilib ki, bu da illik müqayisədə həcm ifadəsində 26,6%, dəyər ifadəsində isə 51,6% çoxdur.