• 29 Noyabr 2021
logo
Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası yaradılacaq

Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası yaradılacaq

“2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunda Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası yaradılması nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən elmi konfransda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi deyib.

O bildirib ki, bu qanunda etika komissiyasının üzvləri və hansı qurum tərəfindən yaradılacağı haqqında məlumatlar olacaq: “2022-ci ilin yanvar ayından qüvvəyə minəcək qanunda Etika komissiyası öz əksini tapıb”.