• 7 Dekabr 2024
logo
Rəşad Mahmudov: "Azərbaycanda 3500-ə yaxın dializ xəstəsi var"

Rəşad Mahmudov: "Azərbaycanda 3500-ə yaxın dializ xəstəsi var"

“Azərbaycanda 3500-ə yaxın dializ xəstəsi var”.

APA-nın məlumatına görə, bunu "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən elmi konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, illərdir Azərbaycanda dializ xəstələri üçün dövlət proqramı var: “Bir dializ xəstəsi üçün dövlət büdcəsindən illik ortalama 10 min manat xərclənir. Həmin xəstənin 8-10 il yaşadığını düşünsək, onun müalicəsi üçün 80-100 min manat vəsait ödənilir. Transplantasiya həyata keçirilmiş xəstə həftədə bir neçə dəfə dializə getməkdən xilas olur. Həmçinin transplantasiya iqtisadi cəhətdən də səmərəlidir”.