• 3 Dekabr 2021
logo
BŞTİ: Bakı üzrə məktəblərin 5 faizində I sinfə qəbul üzrə üstünlük hüquqları tətbiq olunur

BŞTİ: Bakı üzrə məktəblərin 5 faizində I sinfə qəbul üzrə üstünlük hüquqları tətbiq olunur

“Sıxlıq daha çox Bakıda müşahidə olduğundan, bəzi sıxlıq olan məktəblərə qəbul üstünlük hüququ ilə aparılır”.

APA-nın məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı keçirilən onlayn tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev bildirib.

Onun sözlərinə görə, üstünlük hüququ 3 halda olur: “Birincisi, vətəndaş qeydiyyat ünvanı üzrə həmin məktəbin xidməti ərazisində yaşayanda, ikincisi, həmin uşağın bacı və ya qardaşı həmin məktəbdə oxuyursa və üçüncüsü, uşağın valideyni həmin məktəbdə işləyirsə üstünlük hüququ var. Üstünlük hüquqları Bakı üzrə ümumilikdə 5 faiz məktəbdə tətbiq olunur. Rayon qeydiyyatında olan vətəndaşlar da Bakıda əksər məktəblərə sorğu verərək övladını I sinfə qəbul etdirə bilərlər”.