• 28 Noyabr 2021
logo
Hande Harmancı: "Azərbaycanda meyitdən orqan transplantasiyasında problemlər var"

Hande Harmancı: "Azərbaycanda meyitdən orqan transplantasiyasında problemlər var"

"Orqan çatışmazlığı bütün dünyada problem olaraq qalır”.

Bunu "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən elmi konfransda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bəzi ölkələrdə, həmçinin Azərbaycanda meyitdən orqan transplantasiyalarında problemlər var: “Burada səbəblər arasında inanclar və dini məsələlər də var. Təbii ki, bunu ancaq dinə bağlamaq olmaz. Bu problemləri araşdırmaq vacibdir. Digər səbəb isə insanların səhiyyə xidmətlərinə güvən məsələsi ilə bağlıdır”.

Onun sözlərinə görə, insanların fikrini dəyişmək, onları inandırmaq üçün əlaqəli qurumların birlikdə çalışması lazımdır.