Telehəkim kimdir və ya Almaniyaya getmədən alman həkimlərdən necə ikinci rəy almaq mümkündür?
Müsahibimiz “German Health Advisors“ Teletibb platformasının yerli telehəkimi Günel Ələkbərovadır.
- Günel xanım, oxucularımıza məlumat verə bilərsinizmi telehəkim kimdir və alman teletibb platformasında yerli telehəkim olma nə anlama gəlir?
- Telekommunikasiya sistemlərinin hərtərəfli gəlişməsi həkimlə xəstənin fiziki olaraq eyni məkanda olmasına ehtiyacı aradan qaldırır. Müasir texnologiyalar imkan verir ki, müalicə həkimi xəstə haqqında lazım olan bilgiləri müfəssəl olaraq əldə edə bilsin. Teletibb səhiyyə xidmətinin gələcəyidir və mütəxəssis çatışmazlığının aradan qaldırılması və hər kəsə ixtisaslı yardım göstərilə bilməsi üçün tibbi xidmətdə inqilabi bir dəyişiklikdir.
Telekommunikasiya vasitələrindən istifadə etməklə xəstələrin müayinə və müalicəsini təşkil edən həkim telehəkim adlandırılır. Onları hətta qlobal həkimlərdə adlandırırlar. Çünki telehəkim yerini dəyişmədən dünyanın hər bir ölkəsindən olan xəstənin müayinə və müalicə prosesində iştirak edə bilir. Məhz bu cəhətdən telehəkimlik mənim marağımı cəlb etdi. Bu mənə Azərbaycanı tərk etmədən məşhur həkimlərlə birgə çalışmaq və onlardan öyrənmək və eyni zamanda azərbaycanlı xəstələrə də xidmət göstərmək imkanı verir.
“German Health Advisors“ platformasının konsepsiyası məni ona görə cəlb etdi ki, xəstənin haqqında müfəssəl məlumatın hazırlanması üçün yerli və alman telehəkimin rolu eyni dərəcədə əhəmiyyətlidir. Yerli və alman telehəkimin birgə işi kömək edir ki, xəstəliyin diaqnostikası və müalicə taktikasının müəyyən edilməsi üçün gərəkli məlumatlar incəlikləri ilə toplansın.
- Bu necə mümkündür?
- Platformada (www.germanhealthadvisors.de) xəstə özü üçün bir hesab açır, öz şikayətlərini yazır, bütün tibbi sənədlərinin digital surətini və radioloji müayinələri (KT- Kompüter Tomoqrafiyasl, MRT- Maqnit Rezonas Tomoqrafiya və s) universal DICOM formatında sistemə yükləyir. Bu platforma xəstə məlumatlarının gizliliyini təmin edir və beynəlxalq informasiya təhlükəsizliyi normaları əsasında çalışır.
Bu sistemin üstünlüyü odur ki, mövcud tibbi sənədlərin tərcüməsinə ehtiyac yoxdur. Sənədlər orijinal yazıldığı dildə yüklənir. Məhz bu məqamda yerli həkimin iştirakı başlayır. Azərbaycandan müraciət edən xəstələrin məlumatları azərbaycanlı yerli həkimlər tərəfindən təhlil edilir və ingilis dilində yekun epikriz hazırlanır. Alman telehəkimin sualları olarsa, yerli həkim bunu xəstə ilə ünsiyyətdə araşdırır və epikrizi tamamlayır. Sonunda xəstəlik haqqında çoxsaylı E-mail yazışması və ya zəngləşmələr olmadan müfəssəl məlumat toplanmış olur.
- Platformada hesab açmaq və tibbi məlumatları yükləmək mürəkkəb deyil ki?
- Sosial şəbəkələrdə özünə profili açmaq, şəkil yükləmək nə qədər asandırsa bu platformada hesab açmaq fərqli formatda olan sənədləri yükləmək o qədər asandır. Hətta KT və MRT kimi mürəkkəb müayinələrinin DICOM fayllarının yüklənməsi belə qısa bir müddətdə yüklənir.
Tibbi informasiyanın yüklənməsinin mərhələləri bu linkdə detallı göstərilmişdir: https://germanhealthadvisors.de/de
Platformada hesab açmaq və tibbi məlumatları yükləməkdə problem olarsa biz məmnuniyyətlə yardım edirik (Telefon: +994507978878).
- Bəs alman həkiminin ikinci rəyi hansı formada olur?
Xəstəlik haqqında olan məlumatlar və radioloji müayinələr əsasında mütəxəssisi öz rəyini yazılı şəkildə verir. Mütəxəssis rəyi imzaladığı anda xəstə platforma üzərindən bu rəyi alır. Rəy alman dilində olur. Xəstənin istəyindən aslı olaraq rəy „German Health Advisors“ tərəfindən rəsmi tərcüməçilər tərəfindən azərbaycan və rus dilərinə tərcümədə edilə bilər.
Azərbaycan dilində daha geniş məlumat üçün bizə (+994507978878) və ya ingilis, rus və ya Alman dilində məlumat almaq üçün www.germanhealthadvisors.de üzərindən qaynar xəttə müraciət edə bilərsiniz.