• 23 Sentyabr 2023
logo
Azərbaycanda tələbələrin sayı 21 faiz artıb - Nazir

Azərbaycanda tələbələrin sayı 21 faiz artıb - Nazir

Ötən tədris ili ərzində Azərbaycanda ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 66 faiz artırılıb.
Bunu Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaqda deyib.
C.Bayramov bildirib ki, son beş il ərzində Azərbaycanda ali təhsil sistemində təhsil alan tələbələrin sayında 21 faiz artım olub: “Biz ümumilikdə kəmiyyət göstəriciləri barədə danışarkən təbii ki, keyfiyyət göstəricilərini də hər zaman diqqət mərkəzində saxlayırıq”.