• 4 Dekabr 2021
logo
Odlar Yurdu Universiteti bu ixtisaslar üzrə işə qəbul elan edir

Odlar Yurdu Universiteti bu ixtisaslar üzrə işə qəbul elan edir

Odlar Yurdu Universiteti 2021-2022-ci tədris ilindən başlamaqla Universitetin “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin tətbiqi, Keyfiyyətin Təminatı Mərkəzinin qarşıya qoyduğu 5 (beş) illik strateji plan üzrə tələblərin həyata keçirilməsi və vahid elektron idarəetmə platforması olan “Elektron Universitet” modelinə keçidin təmin edilməsi məqsədi ilə yüksək ixtisaslı gənc müəllimlərin aşağıdakı ixtisaslar üzrə saat hesablı, yarım ştat və tam ştat olmaqla işə qəbulunu elan edir.

Bakalavr səviyyəsi üzrə tədris:

Məktəbəqədər təhsil;
Təhsildə sosial-psixoloji xidmət;
Xarici dil müəllimliyi (İngilis dili üzrə);
Beynəlxalq münasibətlər;
Filologiya (Azərbaycan dili və ədəbiyyatı);
Psixologiya;
Tərcümə (İngilis dili üzrə);
Dizayn (İnteryer, qrafik, modelyer istiqamət üzrə);
Biznesin idarə edilməsi;
Dövlət və bələdiyyə idarəetməsi;
İqtisadiyyat;
Maliyyə;
Marketinq;
Menecment;
Mühasibat;
Biologiya;
Ekologiya;
İnformasiya texnologiyaları;
Kompüter mühəndisliyi;
Sosial iş;
Turizm işinin təşkili

Tələblər:

Elmi dərəcəsi;
İngilis və rus dillərində mükəmməl yazma və ünsiyyət qabiliyyəti;
Tədqiqat - təhlil bacarıqları və vərdişləri;
Müvafiq istiqamət üzrə ən azı 3 illik pedaqoji iş təcrübəsi;
Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları;
Müasir tədris metodları üzrə sertifikatlar;
Müvafiq xarici dil(lər) üzrə setifikatlar

Əsas vəzifələr:

Bakalavr, Magistratura və Doktorantura səviyyəsində təhsil alan tələbələrə təyin olunan fənlərin tədrisi;
Universitet tədris standartlarına cavab verən fənlər üzrə sillabusların hazırlanması;
Dərslər, elmi müzakirələr və sərbəst işlər üzrə materialların planlaşdırılması və hazırlanması;
Akademik araşdırmaların aparılması, hazırlanmış materialların yerli və xarici elmi jurnallarda dərc etdirilməsi;

Müvafiq Departamentlərə dərsdənkənar tədbirlər təşkilində iştirak etmək

Müraciət üçün: [email protected]