• 3 Dekabr 2021
logo
Xarici ölkələrdəki müqəddəs yerlərə kütləvi ziyarəti yalnız dini mərkəzlər təşkil edəcək

Xarici ölkələrdəki müqəddəs yerlərə kütləvi ziyarəti yalnız dini mərkəzlər təşkil edəcək

Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətlərinə dair tələb müəyyənləşir.

APA-nın məlumatına görə, bu, “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.