Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 35 minədək işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub.
Nazirlikdən bildirilib ki, onlardan 31,3 mini münasib işlərlə təmin edilib.
Qeyd olunub ki, 3500-dək şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.