• 8 Dekabr 2021
logo
Parlamentdə bir sıra qanun layihələri ikinci oxunuşda qəbul edilib

Parlamentdə bir sıra qanun layihələri ikinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihələri səsə qoyularaq qəbul edilib.

Həmin qanun layihələri aşağıdakılardır:
-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

- “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

- “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

- “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

- Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).