• 15 İyul 2025
logo
Umayra Tağıyeva: "Azərbaycanda havanın temperaturu iqlim norma göstəricilərindən yüksəkdir"

Umayra Tağıyeva: "Azərbaycanda havanın temperaturu iqlim norma göstəricilərindən yüksəkdir"

“Bu gün respublikanın qərb rayonlarında hava şəraiti qeyri sabit olacaq”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, gün ərzində bəzi rayonlarda yağıntı gözlənilir: “Havanın temperaturu çoxillik norma göstəricilərindən 1.3 dərəcə yüksəkdir. Ümumiyyətlə, aprel ayının birinci ongünlüyündə havalar nisbətən mülayim keçir. Düzdür, küləyin sürəti tez-tez artır. Bu müddət ərzində şimal-qərb küləyinin maksimal sürəti 28 m/s-a çatıb. Lakin havanın temperaturu iqlim norma göstəricilərindən yüksəkdir. Hətta bəzi günlərdə normadan 7-9 dərəcə yüksək olub”.

U.Tağıyeva qeyd edib ki, ayın 14-dən başayaraq hava sabitləşəcək: “Yağıntılar kəsiir. Aprelin 15-dən 17-nə kimi ölkə ərazisində yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu paytaxtda 16-18 dərəcə isti, Aran rayonlarında 23-25 dərəcəyə kimi yüksələcək”.