• 8 Dekabr 2024
logo
Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib

Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib

2021-ci ilin I rübündə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib.

Nazirlikdən verilən məlumata görə, daxil olan zənglərin 577-i elektrik enerjisi təchizatı, 160-ı qaz təchizatı, 79-u sayğacların quraşdırılması, 14-ü istilik sistemi, 314-ü isə digər məsələləri əhatə edib. 42 zəng təşəkkür xarakterli, 6-sı isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı olub.

Bu dövrdə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, xüsusi karantin rejiminin davam etdiyi müddətdə vətəndaşlar müraciətlərini (012) “974” Çağrı Mərkəzi, (012) 598-16-55 “Qaynar xətt”i, [email protected] elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.