• 18 Noyabr 2019
logo
add image
Vüqar Səfərli: Jurnalistlər üçün inşa edilmiş ikinci binanın sənədləşmə prosesi tam başa çatıb

Vüqar Səfərli: Jurnalistlər üçün inşa edilmiş ikinci binanın sənədləşmə prosesi tam başa çatıb

Jurnalistlər üçün inşa edilmiş ikinci binanın sənədləşmə prosesi tam başa çatıb.
Bunu Trend-ə özəl açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.
Onun sözlərinə görə, oktyabrın 2-si saat 10:00-dan etibarən həmin binada mənzillərə çıxarışların ("kupça") verilməsi üçün sənədlərin qəbuluna başlanılacaq: "Məlumat üçün bildirim ki, Əmlak Məsələləri Dövlət Komitəsi, notariat kontoru və Fondun əməkdaşlarından ibarət heyət mənzillərə çıxarışların verilməsi üçün sənədləşmə işlərini aparacaqlar".
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr tarixində, saat 10:00-da ölkə başçısı cənab İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək.
Jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.
Tədbir oktyabrın 2-si saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq.