• 6 Dekabr 2021
logo
Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfəri başlayıb

Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfəri başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) kütləvi informasiya vasitələrinin nümayəndələrinin işğaldan azad edilmiş Qubadlı və Cəbrayıl rayonlarına səfərini təşkil edib.

APA-nın məlumatına görə, səfərin zamanı işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxış keçiriləcək.

Jurnalistlər Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələri ilə əyani şəkildə tanış olacaqlar.

Daha sonra Qubadlı rayonunda Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə forel balıqları çaya buraxılacaq, rayonun Muğanlı kəndində yaşıllıqların məhv edildiyi ərazidə ağaclar əkiləcək.

Səfərin sonunda Həmzəli-Həkəri kəndlərində yaşıllıqlara baxış keçiriləcək.