• 3 Dekabr 2021
logo
"Hökumətin virusdan qorumaqla bağlı tədbir və çağırışlarına riayət etməliyik"

"Hökumətin virusdan qorumaqla bağlı tədbir və çağırışlarına riayət etməliyik"

"Ramazan ayında daha ehtiyatlı davranmalıyıq, ehtiyatı əldən versək, virusa yoluxma və ölüm sayı arta bilər.
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri
Füzuli Kərimov bildirib. Onun sözlərinə görə, ötən ilin iyun - Ramazan ayında maksimum dərəcədə özümüzü qoruduq, tətbiq edilən qaydalara riayət etdik və həm yoluxma, həm də ölüm sayı azaldı: "Bu il də qaydalara riayət etməliyik. Nəinki dini ayinləri geniş formada keçirmək, fikrimcə, bu ayda iftar qonaqlığalarına getməkdən belə çəkinməliyik. Əsas məqsədimiz özümüzü koronavirusdan qorumalıyıq".
QHT sədri onu da bildirib ki, vətəndaşlarımız vaksinasiya prosesinə həvəslə və könüllü qoşulmalıdır: "Koronavirus Azərbaycana ayaq açandan dövlətimiz bütün qabaqlayıcı tədbirlərə əl atıb. Onun nəticəsidir ki, bu gün digər ölkələrlə müqayisədə bizdə yoluxma və ölüm sayı azalıb. Vaksinasiyadan imtina edəriksə, qaydalara riayət etməriksə, arxayınlaşarıqsa o zaman həm yoluxma, həm də ölüm sayı artar. Bununla yanaşı hökumət daha sərt tədbirlərə əl atar, qapanmalar, məhdudiyyətlər yaranar. Bunlar bizim xeyrimizə deyil. Ona görə də hökumətin virusdan qorumaqla bağlı tədbir və çağırışlarına riayət etməliyik".

Cavid