• 28 Noyabr 2021
logo
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2206 yeni yoluxma faktı qeydə alınıb, 1578 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 281387 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 247459 nəfər müalicə olunaraq sağalıb, 3846 nəfər vəfat edib, aktiv xəstə sayı 30082 nəfərdir.

Ölkədə son sutka ərzində 12692, hazırkı dövrədək isə 2990285 test aparılıb.