• 3 Dekabr 2021
logo
Antibiotikin istifadəsində nələrə diqqət etməliyik?

Antibiotikin istifadəsində nələrə diqqət etməliyik?

Əgər istifadə etdiyimiz antibiotik həb şəklindədirsə, bol su ilə qəbul edilməlidir.

Bunu Səhiyyə Nazirliyinin baş terapevti Faiq Abdullayev deyib.

Onun sözlərinə görə, antibiotik qəbul edən saatlara riayət edilməli və antibiotiklər lazımi vaxtda alınmırsa, növbəti saat ərzində həddindən artıq doz qəbul edilməməlidir:

"Yanaşı qəbul etdiyimiz davamlı dərmanlar varsa, antibiotik təyin etmədən həkimə bu barədə məlumat verilməlidir. Bəzi antibiotik növləri alkoqol istifadəsi nəticəsində ciddi yan təsirlərə səbəb olur. Bu cür qarşılıqlı təsirlər müalicənin uzanması və təsir yükünün azalması kimi bir çox nəticəyə səbəb ola bilər. Bu cür halların qarşısını almaq üçün yalnız həkim təyinatı üzrə antibiotik qəbul etməli və müalicə zamanı xüsusi vəziyyətlərə diqqətlə riayət edilməlidir".