• 7 Dekabr 2024
logo
ÜST rəsmisi: "AstraZeneca" ilə tromboz arasındakı əlaqə sübut olunmayıb"

ÜST rəsmisi: "AstraZeneca" ilə tromboz arasındakı əlaqə sübut olunmayıb"

""AstraZeneca" peyvəndi ilə tromboz arasındakı əlaqə hələ də sübut olunmayıb".

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün Standartlar və İlkin Seçim Departamentinin direktoru Roxerio Pinto de Sa Qaspar brifinqdə deyib.

"Dünyanın hər yerindən milli qiymətləndirmə sistemlərindən və regional tənzimləmə orqanlarından məlumatlar alırıq. Lakin hazırda peyvəndlə tromboz arasındakı əlaqə müəyyən edilməyib", - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, ÜST Avropa Dərman Agentliyi ilə fəal şəkildə işləyir və müvafiq komitənin iclasının nəticələrini gözləyir.

"Peyvəndlə bağlı risklərin və faydaların analizi onun faydalarının yaratdığı risklərdən çox olduğunu göstərir. Trombozla birləşən nadir trombositopeniya nümunələrini görürük. Bununla belə, peyvəndin koronavirusdan ölüm sayını əhəmiyyətli dərəcədə azaltdığı başa düşülməlidir. Bu barədə az danışılır, amma bu nəzərə alınmalıdır", - ÜST rəsmisi qeyd edib.

Qeyd edək ki, Avropa Dərman Agentliyi "AstraZeneca" vaksininin tromboz yaratdığını açıqlamışdı.