• 26 Aprel 2024
logo
Azərbaycanda yeni medal təsis edilir

Azərbaycanda yeni medal təsis edilir

Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə medal təsis edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Belə ki, iclasda "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik gündəliyə daxil edilib.
Müzakirələrdən sonra qanuna dəyişiklik birinci oxunuşda təsdiq olunub.