• 7 Dekabr 2021
logo
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.