• 12 Noyabr 2024
logo
"Azərişıq" əməkdaşlarının vaksinasiyasına başlanılıb

"Azərişıq" əməkdaşlarının vaksinasiyasına başlanılıb

Bu gündən "Azərişıq" ASC-nin əməkdaşlarının vaksinasiyasına başlanılıb.

Ümumilikdə 4 gün ərzində davam edəcək vaksinasiya TƏBİB-lə birgə həyata keçirilir.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib ki, 1 000-ə yaxın əməkdaşın peyvəndlənməsi nəzərdə tutulub: "Daim əməkdaşlarının təhlükəsizliyinə və sağlamlığına üstünlük verən "Azərişiq" pandemiya başladığı dövrdən də bütün qaydalara riayət edib. Qarşıdakı 4 gündə könüllülük prinsipi əsasında 40-50 yaş arası 1 000-ə yaxın əməkdaşımız peyvəndlənəcək. Amma əgər müraciət olarsa, 50 yaşdan yuxarı əməkdaşlarımızın da vaksinasiyası üçün şərait yarada bilərik".

TƏBİB nümayəndəsi Günel Məmmədova isə bildirib ki, hazırda ölkə ərazisində olduğu kimi "Azərişıq" əməkdaşlarına da Çinin "Sinovac" şirkətinin "CoronaVac" vaksini vurulacaq: "Hər gün üçün təxminən 200 nəfər "Azərişıq" əməkdaşının peyvəndlənməsi nəzərdə tutulur".