• 28 Noyabr 2021
logo
Azərbaycanda son 10 ildə 28 minə yaxın tibb işçisi sertifikat alıb

Azərbaycanda son 10 ildə 28 minə yaxın tibb işçisi sertifikat alıb

Son 10 ildə Azərbaycanda 27 min 829 tibb işçisi sertifikat alıb.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasının rəhbəri Murad Mirzəzadə deyib.

O bildirib ki, sertifikasiya komissiyası tərəfindən təşkil edilən sınaq imtahanları namizədlərə real imtahan formatı ilə əvvəlcədən tanış olmaq və imtahan proqramı üzrə biliklərinin obyektiv səviyyəsini müəyynləşdirməkdə yardım edir.