• 12 İyul 2025
logo
Deputat: “Şəhid ailələrinə, qazilərə hərtərəfli dəstək dövlət siyasətinin əsas prioritetlərindəndir”

Deputat: “Şəhid ailələrinə, qazilərə hərtərəfli dəstək dövlət siyasətinin əsas prioritetlərindəndir”

“Şəhid ailələri və qazilərlə bağlı məsələ dövlət başçımızın daim diqqət mərkəzindədir. Həmin şəxslərə evlər verilir, onların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı işlər görülür ”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də şəhid və qazi ailələrinə hərtərəfli dəstək siyasəti həyata keçirilir: “Şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə hərtərəfli dəstək verilməsi bu gün dövlət siyasətinin əsas prioritetlərindəndir”.