• 4 Dekabr 2021
logo
Əli Məsimli: “Həqiqətən vuruşan insanların veteran adından məhrum olması yolverilməzdir”

Əli Məsimli: “Həqiqətən vuruşan insanların veteran adından məhrum olması yolverilməzdir”

“Bu gün müharibə veteranların sayının çox olması ilə bağlı məsələlər müzakirə edilir. Həqiqətən vuruşan insanların veteran adından məhrum olması yolverilməzdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Ə. Məsimli bildirib ki, indiyə qədər də heç bir işlə təmin olunmayan veteranlar var: “Onların bəziləri çox ağır vəziyyətdədir. Birinci Qarabağ müharibəsində və indi həqiqətən vuruşanların kənarda qalması onlara zərbə olacaq. Bu insanlar onlar üçün nəzərdə tutulan sosial dəstəklərdən məhrum olacaqlar. Reyestrdə qeydiyyat zamanı həmin dövrdə həqiqətən vuruşan insanlara da veteran adının verilməsi təmin edilməlidir”.