• 6 Dekabr 2021
logo
Azərbaycanda hazırlıq kursları BAĞLANIR? - AÇIQLAMA

Azərbaycanda hazırlıq kursları BAĞLANIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Təhsil Nazirliyi məlumat yayıb ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant formada təşkili nəzərdə tutulur.
Bəs növbəti mərhələdə hazırlıq kurslarının da bağlanma ehtimalı varmı?

Bununla bağlı BiG.AZ-ın suallarını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırlıq kursları əslində bağlanmamalıdır.

" Ona görə ki, hazırlıq kurslarına gedən şagird və tələbələrin sayı ümumi şagirdlərin çox az hissəsini təşkil edir. Digər tərəfdən tədris mərkəzləri özlərinin kommersiya maraqlarına görə pandemiya dövrünün qaydalarına ciddi şəkildə riayət edirlər. Onlar hər hansısa bir yoluxma əsasında çevik bir qərarlar qəbul edə bilərlər. Ona görə də hazırlıq kurslarını bağlamaq optimal çıxış yolu hesab oluna bilməz.
Mən düşünürəm ki, bağlanmamalıdır. Hazırda ölkədə pandemiyadan sonra ciddi şəkildə kursların sayı azalıb. Daha çox repititorların evlərində fəaliyyəti davam edir.
Hazırlıq kurslarının tələbə-şagird tutumu kifayət qədər azdır. Onlar böyük hərəkət qüvvəsinə malik olmadıqlarına görə bu mərkəzlərin bağlanması effektli deyil."