“X-XI siniflərdə tədris davam etsə də, əyani olmadı”.
Bunu açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bildirib. Onun sözlərinə görə, “Virtual məktəb” platformasında onlarla onlayn dərslər, eyni zamanda “Teledərs”lər davam edir: “Hesab edirəm ki, imtahanlar zamanı X-XI sinif şagirdləri ilə bağlı məsələlər də nəzərə alınacaq”.