• 8 Dekabr 2021
logo
TN: Məktəbdaxili qiymətləndirmə tədris ilinin sonunda da qaydalara uyğun aparılacaq

TN: Məktəbdaxili qiymətləndirmə tədris ilinin sonunda da qaydalara uyğun aparılacaq

“Birinci yarımildə məktəbdaxili qiymətləndirmə ilə bağlı Təhsil Nazirliyinin müvafiq əmri oldu. Məktəbdaxili qiymətləndirmə mövcud vəziyyətə uyğunlaşdırıldı və keçirildi”.

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bildirib. Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmə tədris ilinin sonunda da qaydalara uyğun aparılacaq: “Əgər mövcud vəziyyət davam edərsə, bununla bağlı Təhsil Nazirliyinin qərarı olacaq. Bu o deməkdir ki, distant təhsildə olan rayon və şəhərlərdə imtahanlar müvafiq qaydada keçiriləcək. Əyani və hibrid təhsil forması davam edən rayonlar və şəhərlərlə bağlı da müvafiq qərar veriləcək. Bununla bağlı çətinlik və problem olmayacaq. Buraxılış imtahanları ilə əlaqədar təbii ki, Dövlət İmtahan Mərkəzində olan həmkarlarımız qərar verəcəklər”.