• 3 Dekabr 2021
logo
Deputat: “Yeni 5 manatlıq əskinaslarda tarixi simvolların əksəriyyəti çıxarılıb”

Deputat: “Yeni 5 manatlıq əskinaslarda tarixi simvolların əksəriyyəti çıxarılıb”

“Dövriyyəyə buraxılan yeni 5 manatlıq əskinasların üzərində olan simvollardan bizim kökümüzə bağlılıqla bağlı simvolların əksəriyyəti çıxarılıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, bu yaxınlarda Prezident İlham Əliyev Azıx mağarasına uzanan pilləkənləri fəth edərək Azərbaycanın nə qədər qədim olmasını dünyaya sübut edirdi: “Azərbaycanın köhnə əskinaslarında Dədə Qorqudla bağlı bir sıra ifadələr əskinaslardan çıxarılıb. Müvafiq qurumlara sual ünvanlamaq istərdim ki, bunu niyə ediblər? Ən azından Azıx mağarası ilə bağlı simvol həmin əskinaslarda əks olunmalı idi”.