• 3 Dekabr 2021
logo
Baş direktor Azərbaycanın ÜST-ə siyasi və mənəvi dəstəyini çox dəyərli hesab edira

Baş direktor Azərbaycanın ÜST-ə siyasi və mənəvi dəstəyini çox dəyərli hesab edira

COVAX təşəbbüsü çərçivəsində ən qısa zamanda 84 min “AstraZeneca” peyvəndi Azərbaycana göndəriləcək.

APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Prezident İlham Əliyevlə videokonfrans formatında görüşündə deyib.

O, Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd edib.