• 7 Dekabr 2021
logo
Vəfa Yaqublu: “Təhsil işçilərinin 55%-i artıq peyvənd olunub”

Vəfa Yaqublu: “Təhsil işçilərinin 55%-i artıq peyvənd olunub”

“Biz iki dəfə cəhd elədik, qismən hibrid formada da olsa əyani təhsilə qayıtdıq. Lakin çox sadə özünüqoruma vasitələrindən istifadə etməməyimiz bizdə vəziyyəti gərginləşdirdi”.

Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, özünüqoruma vasitələri hamının bildiyi məsafə saxlamaq, maska taxmaq, əlləri tez-tez yumaq qaydasıdır: “Biz bunu həm şagirdlərə, həm də ümumilikdə cəmiyyətə təlqin etməliyik”.

V. Yaqublu onu da deyib ki, martın 1-dən təhsil işçilərinin vaksinasiyasına başlanılıb: “55 faiz əməkdaş artıq peyvənd olunub”.